Finlandiya sahillərindəki Rusiya gəmisində yanğın davam edir

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya sahillərindəki Rusiya gəmisində yanğın davam edir

Dünya

22 Noyabr 2026 15:30 69


Finlandiya sahillərində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan Rusiyaya məxsus “Sparta II” yük gəmisində yanğın hələ də söndürülməyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Finlandiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında yanğının söndürülməsi istiqamətində tədbirlər görülsə də, alov davam edib. Hadisə yerinə cəlb olunan bir neçə gəmi su şırnaqları vasitəsilə yanğını söndürməyə və göyərtədəki konteynerləri soyutmağa çalışıb. Elektronika məhsulları

Finlandiya hərbçilərinin məlumatına görə, gəmiyə hücumun Ukrayna tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücumdan sonra Finlandiyanın ərazi sularına daxil olan gəmi hazırda lövbərdə dayanır.

Gəminin 16 nəfərdən ibarət heyəti təxliyə edilərək yaxınlıqdakı Rusiya gəmisinə keçirilib.

Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vark isə Finlandiya körfəzində yeni hücumların baş verməsi ehtimalını istisna etməyib.

Qeyd edək ki, Kalininqrada istiqamət alan “Sparta II” gəmisinə noyabrın 21-də iki PUA ilə hücum edilib. Gəmi Rusiyanın Müdafiə Nazirliyinə logistika xidmətləri göstərən “Oboronlogistika” şirkətinə məxsusdur və ABŞ-nin sanksiyaları altındadır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!