Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir

Dünya

22 Noyabr 2026 21:53 63


Türkiyədə fond bazarında baş verən böhranla bağlı aparılan istintaq çərçivəsində 632 nəfər iş üzrə şübhəli şəxs qismində müəyyən edilib, 91 şirkətə isə kənar idarəçi təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" hesabında məlumat verib.

Nazirin sözlərinə görə, 181 şirkətin və 551 fiziki şəxsin əmlakına və bank hesablarına da həbs qoyulub. Məişət texnikası

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istintaq çərçivəsində 136 nəfərin həbs edildiyini, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunduğunu bildirmişdi.

Türkiyənin fond bazarında böhran sentyabrın 16-da İstanbul Fond Birjasında səhmlərin qiymətinin kəskin düşməsi fonunda başlayıb. Ticarət əməliyyatları dayandırılıb və hakimiyyət orqanları araşdırmalara başlayıb.

İstintaqın versiyasına görə, bir sıra investisiya fondları və idarəetmə şirkətlərində yaranan likvidlik böhranı fonunda bazarda çaxnaşma süni şəkildə yaradılıb.

İş üzrə İstanbul Prokurorluğu cinayət işi açıb. Kapital bazarı haqqında qanunu pozmaqda ittiham olunan Türkiyənin keçmiş ailə və sosial siyasət naziri (2016–2018) Fatma Betül Sayan Kaya həbs edilib. Bank Tənzimləmə və Nəzarət Şurasının iki yüksək vəzifəli nümayəndəsi, eləcə də İstanbul Fond Birjasının rəhbəri də saxlanılıb.

Hakimiyyət orqanlarının qərarı ilə 131 investisiya fondunun fəaliyyəti dayandırılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!