Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərləndi

Dünya

22 Noyabr 2026 20:56 71


Almaniyanın Bavariya federal əyalətinin Allqoy bölgəsində yerləşən Bad-Qrönenbax şəhərində kilsədə dəm qazının sızması nəticəsində 19 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Blue News" məlumat yayıb.

Hadisə yerində təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilib. Məişət texnikası

İlkin məlumata görə, hadisəyə istilik sistemindəki nasazlıq səbəb olub. Dörd nəfərin vəziyyəti ağırdır. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Hadisənin dəqiq səbəbləri araşdırılır. Xəsarət alanların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!