İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda iki maye yanacaqlı raket buraxmaq imkanına malik olduğu bildirilən yeni qurğunu təqdim edib.
"Yeni Sabah" xəbər verir ki, İran dövlət televiziyası SEPAH-ın yeraltı raket obyektindən görüntülər yayımlayıb.
Kadrlarda iki raketin buraxılması üçün nəzərdə tutulmuş yeni qurğu nümayiş etdirilib. Bildirilib ki, İran daha əvvəl eyni vaxtda iki bərk yanacaqlı raket buraxa bilən sistemdən istifadə edib. Bakıda online alış-veriş
Maye yanacaqlı raket mühərrikləri müəyyən texniki şəraitdə uçuş sürətinin və trayektoriyasının tənzimlənməsinə imkan verir.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi ölkənin hərbi imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.
“Biz döyüş strukturumuza gözlənilməz və yüksək effektivliyə malik vasitələr inteqrasiya etmişik”, – deyə Musəvi qeyd edib.
Yeni qurğunun texniki göstəriciləri və əməliyyat imkanları barədə əlavə məlumat açıqlanmayıb./APA
Telegram kanalımız