Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" və "Ford Transit" markalı avtomobillər toqquşub. İnternet mağaza
Qəza nəticəsində 16 yaşlı G.Məmmədova və 14 yaşlı Ə.Məmmədov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız