Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün

saytların hazırlanması

Evə çatdırılma

Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün

Rəqəmsal

22 Sentyabr 2026 12:13 149


“Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” müsabiqəsi çərçivəsində qadınların dəstəklənməsinə yönəlmiş layihə təkliflərinin qəbulu 30 sentyabradək davam edir

Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi çərçivəsində layihə təkliflərinin qəbulu davam edir. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları qadınların rəqəmsal həllər vasitəsilə iqtisadi və sosial imkanlarının genişləndirilməsinə, eləcə də onların ölkənin sosial və iqtisadi həyatında daha fəal iştirakına töhfə verəcək layihələri ilə müsabiqəyə qoşula bilər.

Müsabiqədə qadınların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən, inklüziv imkanlar yaradan və rəqəmsal həllərin tətbiqini nəzərdə tutan layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır. Pepperoni pizza

Layihələr müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin qaliblərinə layihələrin həyata keçirilməsi üçün 7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.

Təşkilatlar layihə təkliflərini 30 sentyabr 2026-cı il tarixinədək Azərbaycan dilində təqdim edə bilərlər. Müraciət zamanı layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsünün də əlavə edilməsi tələb olunur.

Layihə təkliflərini təqdim etmək üçün müraciət formasından istifadə etmək mümkündür.

Qeyd edək ki, Azercell sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə müsbət dəyişikliklərə töhfə verən və müxtəlif sosial məsələlərin həllinə yönəlmiş 10 layihəyə dəstək göstərib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!