“Aztelekom”un baş direktoru vəzifəsindən ayrıldı 

“Aztelekom”un baş direktoru vəzifəsindən ayrıldı 

Sosial

25 Yanvar 2023 11:50 386


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller tutduğu vəzifəni tərk edib. 

Yenisabah.az xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb. 

Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu. 

Hazırda bu vəzifənin müvəqqəti icrası “Yüksəliş” müsabiqəsinin iştirakçısı Elçin Niyazova tapşırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!