Bu küçələrə girməyin - Bakıda 3 günlük məhdudiyyət başladı

saytların hazırlanması

Evə çatdırılma

Bu küçələrə girməyin - Bakıda 3 günlük məhdudiyyət başladı

Sosial

31 İyul 2026 21:51 248


Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək.

''Yeni Sabah'' xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Xarici Dairəvi avtomobil yolunun yan yolu (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər) 1 avqust saat 06:00-dan 3 avqust saat 06:00-dək – yol tam bağlanacaq. Şeyx Şamil küçəsi (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər) və Lermontov küçəsi (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər) 1 avqust – 3 avqust – yollar tam bağlanacaq. Mikayıl Müşfiq küçəsi (Mətbuat prospektindən Parlament prospektinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək – hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər) 31 iyul saat 20:00-dan 3 avqust saat 06:00-dək – yol tam bağlanacaq. Sürücülərdən qeyd olunan müddətdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur” deyə, məlumatda qeyd edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!