Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO

Sosial

22 Noyabr 2026 14:00 65


Bakının tarixi mərkəzində avtomobillərin hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqəlik giriş haqqı üç manat təşkil edir.

"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, Xaqani bağı ətrafında isə əvvəllər yalnız həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti artıq həftənin bütün günlərinə şamil edilib.

Bu prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobillərini park etmədən, sadəcə müəyyən əraziyə daxil olduqlarına görə ödəniş tutula bilər. Elektronika məhsulları

Qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonalar və müvafiq tariflər səlahiyyətli qurum tərəfindən təsdiqlənəcək.

Yeni layihə çərçivəsində konkret ünvanlar açıqlanmasa da, ekspert Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş "Sovetski" ərazisini göstərir.

Ekspertin sözlərinə görə, dünyanın bir çox iri və inkişaf etmiş şəhərlərində bu təcrübədən geniş istifadə olunur. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil idarə etməyin gündəlik haqqı 18 funt sterlinq təşkil edir. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə ödəniş tutulur.

Layihəyə əsasən, giriş haqqından əldə olunan vəsait dövlət büdcəsinə köçürüləcək.

Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq olunmağa başlanacağı isə hələlik açıqlanmayıb.

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!