Aparıcı Nigar Mahmudova Bakı-Sumqayıt yolunda hər şənbə günü tətbiq olunan məhdudiyyətdən gileylənib.
"Yeni Sabah" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib:
"Saat 12:41-dir. Bayaqdan Bakı-Sumqayıt yolunu izləyirəm. Yarım saat əvvəl bu yol boş idi. Şəhərə gedən istiqamət niyə indi birdən-birə belə dayanıb? Hər şənbə günü bu saatlarda belə olur. Nə baş verir? Kim bağlayır bu yolu? Niyə bağlayır?". Sərfəli qiymətə məhsullar
Telegram kanalımız