Bina altındakı meyvə-tərəvəz dükanları niyə bağlanmır? –   SƏBƏBİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Bina altındakı meyvə-tərəvəz dükanları niyə bağlanmır? – SƏBƏBİ AÇIQLANDI

İqtisadiyyat

22 Noyabr 2026 13:30 175


Son illər şəhər və qəsəbələrdə iri supermarket şəbəkələrinin sürətlə genişlənməsinə baxmayaraq, yaşayış binalarının altında fəaliyyət göstərən kiçik meyvə-tərəvəz dükanları hələ də öz aktuallığını və müştəri bazasını qoruyub saxlayır. İstehlakçıların bir qismi qiymət və çeşid bolluğuna görə iri marketlərə üz tutsa da, digər qismi gündəlik alış-veriş üçün məhəllə dükanlarına üstünlük verir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  Onlayn mağazabildirib ki, böyük supermarketlərlə müqayisədə bina altındakı kiçik meyvə-tərəvəz dükanlarının əsas üstünlüyü alıcıya yaxınlıq, operativlik və təzə məhsul təqdim etmək imkanlarıdır:

  Onlayn mağaza

“Supermarketlər geniş çeşid, kampaniyalar və qiymət endirimləri ilə rəqabət aparırsa, kiçik dükanlar daha çox fərdi xidmət, etibar və gündəlik tələbatı qarşılamaq prinsipi üzərində qurulub. Alıcı evindən çıxıb bir neçə dəqiqə ərzində ehtiyac duyduğu məhsulu əldə edə bilir. Üstəlik, satıcı ilə müştəri arasında şəxsi münasibət formalaşır; bəzən satıcı alıcının hansı məhsula üstünlük verdiyini və nəyə ehtiyac duyduğunu əvvəlcədən bilir. Bu da kiçik dükanların mühüm rəqabət üstünlüyüdür.

  Onlayn mağaza

Kiçik dükanların bazardan hər gün az miqdarda məhsul gətirməsi onlara təzəliyi qorumaq baxımından üstünlük qazandırır. Böyük supermarketlərdə məhsulların tədarükü, anbara yerləşdirilməsi və satış nöqtələrinə çatdırılması daha mürəkkəb proses olduğundan, bu müddətdə bəzi meyvə-tərəvəzlərin təravətini itirməsi mümkündür. Kiçik dükan isə gündəlik tələbatı nəzərə alaraq daha az məhsul alır və çeşidini çevik şəkildə yeniləyə bilir. Xüsusilə tez xarab olan göyərti, pomidor, xiyar və digər bu kimi məhsullarda bu amil böyük əhəmiyyət daşıyır. Bununla belə, kiçik dükanın təzə məhsul satması avtomatik xarakter daşımır — bu, onun düzgün tədarük və saxlama imkanlarından birbaşa asılıdır”.

  Onlayn mağaza

Ekspert qeyd edib ki, alıcının eyni məhsulu supermarketdən bir qədər baha olsa belə, məhəllə dükanından almasının əsas səbəbi yalnız qiymət deyil, rahatlıq və etibardır:

  Onlayn mağaza

“İnsan bəzən bir neçə manat qənaət etmək üçün uzaqdakı supermarketə getmək, növbədə dayanmaq və vaxt itirmək istəmir. Digər tərəfdən, məhəllə dükanında məhsulu seçmək, satıcı ilə razılaşmaq, hətta nisyə almaq imkanı da mövcuddur ki, burada sosial münasibətlər və alış-veriş vərdişləri də mühüm rol oynayır.

Beləliklə, kiçik dükanlar supermarketlərlə qiymət və çeşid baxımından rəqabət aparmaqda çətinlik çəksələr də, yaxınlıq, operativ xidmət, fərdi münasibət və təzə məhsul amilləri hesabına öz daimi müştərilərini qoruyub saxlaya bilirlər”.

Cəlalə Cəlalqızı  Onlayn mağaza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!