Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

İdman

17 Mart 2026 11:28 462


Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

"Yeni Sabah" xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtımızda U-17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Dominos pizza

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U-17 dünya çempionatına da ev sahibliyi edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!