Bakıda bu kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu kirayə evlər bahalaşdı - QİYMƏTLƏR

İqtisadiyyat

05 Noyabr 2024 23:49 2020


COP29 ərəfəsində Bakının mərkəzində günlük kirayə evlər daha da bahalaşıb.

Yenisabah.az "Xəzər TV"yə istinadən xəbər verir ki, günü 300 və daha baha qiymətə təklif edilən evlər var.

Maraqlı məqamlardan biri də budur ki, evini günlük kirayə verənlərin çoxu yerli yox, əcnəbi vətəndaşlara üstünlük verirlər. Hətta bu səbəbdən mənzilini kirayə vermək üçün gözləyənlər də var. Dördpendirli pizza

Əmlak məsələləri üzrə ekspertlərin fikrincə, günlük kirayə evlərin bahalaşmasının səbəbi COP29 tədbiri ilə əlaqədar tələbatın daha da artmasıdır.

Ekspert Nofəl Quliyev qeyd edib ki, günü 300 manat və daha çox olan kirayə mənzillər ağıllı sistemlə təchiz olunub.

Ekspertlər tədbir bitdikdən sonra - dekabr ayına doğru qiymətlərin yenidən stabilləşəcəyini proqnozlaşdırırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!