Bakıda bu yol bağlanır -   Sürücülərə vacib xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu yol bağlanır - Sürücülərə vacib xəbərdarlıq

Sosial

10 Sentyabr 2026 17:26 98


Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Dominos pizza

Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!