Bakıda dəhşətli avtobus qəzası – Qadının ayağı qopdu - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli avtobus qəzası – Qadının ayağı qopdu - Yenilənib

Hadisə

04 Sentyabr 2019 15:51 1515


Bakı Nəqliyyat Agentliyi (BNA) Nobel prospekti, Nargilə dairəsi yaxınlığında baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan “Yeni Sabah”a verilən məlumata görə, qəza ilə bağlı Agentlik də araşdırmaya başlayıb:

"İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobilinin sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq". Dördpendirli pizza

***

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

“Yeni Sabah” xəbər verir ki, Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. 

Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!