"Qarabağ" futbol klubunun oyunçusu Leandro Andrade Ukraynanın "Polesye" klubu ilə razılığa gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. Sezar pizza
2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo-verdeli futbolçu 4 dəfə (2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində) Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. Leandro "Qarabağ"da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.
O, "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. L.Andrade əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.
Telegram kanalımız