XƏBƏRDARLIQ: Abşerona leysan gəlir

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ: Abşerona leysan gəlir

Sosial

27 İyun 2026 09:03 1201


Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gecəyə doğru yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Pepperoni pizza

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti, 

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!