Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi

Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi
Sent 10, 2019 07:42
Oxunma sayı: 57

Səbail rayonunda ailədaxili münaqişə zəmnində qadın döyülmə hadisəsi baş verib.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, 20-ci sahə ərazisində kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əzizova İnara Əliqismət qızını döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenisabah.az