Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ 

Sosial

23 Sentyabr 2024 17:02 312


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.  pizza hut

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!