Bakıda havada tozun miqdarı normadan yüksəkdir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda havada tozun miqdarı normadan yüksəkdir

Sosial

22 Dekabr 2023 18:10 582


Bu gün Bakıda dispers toz hissəcikləri 1.2 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Sezar pizza

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar həm lokal, həm transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!