Bakıda lift qırıldı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda lift qırıldı, xəsarət alanlar var

Hadisə

16 Yanvar 2024 21:53 609


Bakıda binanın liftinin qırılması nəticəsində xəsarət alan dörd nəfər hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. pizza mizza

Dərhal hadisə yerinə üç təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan iki nəfər böyük (biri kişi cinsli, biri qadın cinsli olmaqla) və biri uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, bir uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!