Bakıda mühüm tunelin tikintisində işlər dayandı: Ərazidə nə işçi var, nə də texnika   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mühüm tunelin tikintisində işlər dayandı: Ərazidə nə işçi var, nə də texnika - VİDEO

Sosial

14 Noyabr 2026 23:01 44


Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb.

"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisində hazırda heç bir iş aparılmır.

Əraziyə baxış zamanı tikinti üçün nəzərdə tutulan materialların toplandığı, lakin texnikanın və işçi qüvvəsinin olmadığı müşahidə edilib. Bakıda online alış-veriş

Sürücülər hesab edirlər ki, tikintinin uzanması ərazidə nəqliyyat yükünü daha da artırır. Onların sözlərinə görə, layihənin tamamlanması təkcə sözügedən küçələrdən istifadə edənlər üçün deyil, həm də ətraf ərazilərdə nəqliyyatın hərəkətinin təşkili baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrdən biridir. Bu səbəbdən tikintinin hazırda hansı mərhələdə olduğu, işlərin nə üçün dayandırıldığı və nə vaxt bərpa ediləcəyi sual doğurur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, qeyri-iş günü olduğu üçün məsələ iş həftəsi ərzində dəqiqləşdiriləcək və məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!