“SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin 15-ci sınaq uçuşu zamanı texniki insident baş verib.
“Yeni Sabah” xəbər verir ki, uçuşdan təxminən 10 dəqiqə sonra raketin birinci pilləsinin sürətləndiricisi Meksika körfəzi üzərində partlayaraq suya düşüb.
Buna baxmayaraq, kosmik gəmi uçuşunu davam etdirərək orbitə çıxmağı bacarıb. Online alış-veriş
Qeyd edək ki, “Starship”in 14-cü sınaq uçuşu zamanı da texniki nasazlıq qeydə alınmışdı. Həmin uçuşda kosmik gəmi Sakit okeana eniş etdikdən sonra aşıb və partlamışdı.
Telegram kanalımız