Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək öldürülüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə “Marrakeş” banket zalının yaxınlığında baş verib.
Bildirilib ki, tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli “Toyota Camry” avtomobilindən ona atəş açılıb. Onlayn mağaza
Güllələrdən biri Davudovun başına dəyib. Yaralı idmançı xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.
Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Onların istifadə etdikləri avtomobil axtarışa verilib.
Qeyd edək ki, Məhəmməd Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub./APA
Telegram kanalımız