Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan 48-i (28-i qadın, 20-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib. Dördpendirli pizza
Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.
Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında şəxslər olub.
Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.
Telegram kanalımız