Bakıda tıxacın qarşısını almaq üçün ən effektiv üsul

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tıxacın qarşısını almaq üçün ən effektiv üsul

Avto

22 Sentyabr 2026 08:51 453


“Biləcəri dairəsinin yükünü azaltmaq üçün iki estakada həll ola bilər”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, düzgün təşkil olunarsa, bu infrastruktur Yeni Yasamalın nəqliyyat əlçatanlığını da artıra, dairədəki qarışıq hərəkət manevrlərini azaltmağa kömək edə bilər:

“Dairəvi yolda geriyə dönmənin təşkili üçün iki estakadanın inşa edilməsi Biləcəri dairəsində hərəkət axınlarının ayrılmasına və dairənin üzərindəki yükün azalmasına imkan verə bilər. Toyuqlu pizza

Bu həll xüsusilə Avtovağzala gələn və oradan çıxan regional avtobuslar üçün əhəmiyyətlidir. Avtobusların şəhər daxilində əlavə tıxaclara düşmədən daha qısa marşrutla Avtovağzala daxil olub-çıxması təmin edilə bilər.

Digər tərəfdən, düzgün təşkil olunarsa, bu infrastruktur Yeni Yasamalın nəqliyyat əlçatanlığını da artıra, dairədəki qarışıq hərəkət manevrlərini azaltmağa kömək edə bilər.

Burada əsas məsələ sadəcə yeni yol tikmək deyil. Mövcud yol şəbəkəsində hərəkət axınlarını necə daha səmərəli bölə bilərik? Məncə, layihələndirmə mərhələsində bu variant mütləq nəqliyyat modelləşdirilməsi ilə qiymətləndirilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!