Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə telefonla müzakirə aparmağa qarşı olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, V.Zelenski bu barədə Almaniya kansleri Fridrix Merzlə görüşdən sonra mətbuat konfransında deyib.
"Telefonla danışsaq, Rusiya bundan üzbəüz görüşdən yayınmaq üçün bir fürsət kimi istifadə edəcək”, - deyə Zelenski bildirib. Dominos pizza
O, telefon söhbətlərinin nəticə verməyəcəyini əlavə edib.
Bundan başqa, dövlət başçısı müzakirələr üçün Moskvaya səfər etmək təklifini də rədd edib./Axar.az
Telegram kanalımız