Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR -   Tarix və saatlar bilindi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR - Tarix və saatlar bilindi

Avto

03 Oktyabr 2026 13:28 119


Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması məqsədilə aparılır. pizza mizza

Müayinələrin keçiriləcəyi ünvanlar və tarixlər:

3 oktyabr – Nizami rayonu, M.Əliyev küçəsi, "Dakar" dairəsi;

4 oktyabr – Ziya Bünyadov prospekti, "Çermet" yolötürücüsü;

10 oktyabr – M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu kilometri, Ekologiya postu;

11 oktyabr – M-1 Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı.

Qeyd edək ki, müayinələr qeyd olunan tarixlərdə 01:00-dan 05:00-dək aparılacaq.

AAYDA-nın məlumatına görə, instrumental müayinələr yolötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsinə və təhlükəsiz istismarı ilə bağlı mümkün risklərin öncədən müəyyən edilməsinə imkan verir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!