Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən “Yeni Sabah”a bildirilib ki, hazırda xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə yanğınsöndürmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Sezar pizza
Əlavə məlumat veriləcək.
Telegram kanalımız