Baş nazirdən dərman qıtlığına dair açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən dərman qıtlığına dair açıqlama

Sosial

09 Dekabr 2022 12:06 661


"Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: “Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Sezar pizza

Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub: “Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir. Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir.

Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 %-dir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!