“Bavariya” gözə gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Bavariya” gözə gəldi

İdman

26 Noyabr 2026 15:59 37


"Bavariya" klubu ardıcıl zədələr, uğursuz nəticələr və komandadaxili çətinliklər fonunda ciddi sınaqla üz-üzə qalıb.

“Yeni Sabah” xəbər verir ki, son matçlarda qələbə qazanmaqda çətinlik çəkən Münhen təmsilçisi Bundesliqada "Köln"lə evdə heç-heçə etdikdən sonra UEFA Çempionlar Liqasında da səfərdə "Lill"ə 1:2 hesabı ilə məğlub olub.

Komandanın heyətindəki kütləvi itkilər baş məşqçi Vensan Kompaninin işini xeyli çətinləşdirib. Harri Keynin topuq bağlarından aldığı zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Online alış-veriş

Bundan əlavə, kapitan Manuel Noyer, Maykl Olise, Serj Qnabri, İsmael Saybari və Alfonso Devisin də zədə problemlərinə görə heyətdə yer ala bilməməsi "Bavariya"nın hücum və müdafiə potensialını zəiflədib.

Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri də səhhət və psixoloji təzyiq məsələləridir. Oktyabrda xəstəxanaya yerləşdirildikdən sonra fasilənin ardından işə qayıdan baş məşqçi Vensan Kompani sağlamlıq sınağından keçib. Eyni zamanda, Camal Musialanın səhhətindəki problemlər və ətrafında yaranan gərgin müzakirələr klub daxilindəki narahatlığı daha da artırıb.

Ardıcıl itkilər və sıx qrafik fonunda "Bavariya"nın bu çətin mərhələdən necə çıxacağı futbol ictimaiyyətində əsas müzakirə mövzularından birinə çevrilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!