Bayram günlərində hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində hava necə olacaq?

Sosial

30 Dekabr 2022 11:42 557


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, dekabrın 30-na olan məlumata əsasən, ayın 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qax, Şahdağda 2 sm, Altıağacda 1 sm olub. pizza mizza

Düşən yağıntının miqdarı Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.

Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!