Bayram günlərində işləyənlərin maaşı necə hesablanmalıdır? 

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində işləyənlərin maaşı necə hesablanmalıdır? 

Sosial

31 Dekabr 2022 20:25 3127


Bəzi vətəndaşlar yeni ili doğmaları ilə yox, iş yoldaşları ilə elə iş başında qarşılamalı olurlar. Ona görə də bayram günləri işə cəlb olunan işçilərə maaş fərqli qaydada ödənilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, bu məsələ iş normasından asılı olaraq həyata keçirilməlidir.

S.Məmmədov bildirib ki, bayram günləri işləyənlərə ən azı ikiqat ödəniş edilməlidir: “Təbii ki, iş prosesi işçinin razılığı ilə olmalıdır və sənədləşdirilməlidir”. Toyuqlu pizza

Sahib Məmmədovun sözlərinə görə, elə sahələr var ki, maaşın ikiqat verilməsi qaydası tətbiq edilmir.

“Hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçilərin bayram günləri çalışmaları yolverilməzdir”-deyə S.Məmmədov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!