Bayramda rayona gedənlərin DİQQƏTİNƏ!

saytların hazırlanması

Evə çatdırılma

Bayramda rayona gedənlərin DİQQƏTİNƏ!

Sosial

25 İyun 2023 10:45 591


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qurban bayramı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. 

Yenisabah.az xəbər verir ki, qurum hərəkət iştirakçılarını küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. 

“Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.  pizza

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, - müraciətdə qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!