Bazar ertəsi hava dəyişəcək: Bu ərazilərdə temperatur 40 dərəcəyə çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Bazar ertəsi hava dəyişəcək: Bu ərazilərdə temperatur 40 dərəcəyə çatacaq

Sosial

26 İyul 2026 12:36 467


İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Toyuqlu pizza

Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!