“Bakıda nəqliyyat sistemin kollaps yaşandığını, artıq hamı etiraf edir, və indi bunun əsas səbəblərindən biri "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılması və aparılan təmir işləridir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, metroda mayın sonunda təmir işlərinə başlayıb, qış tətilinə qədər təmiri bitirmək olardı:
“Əgər doğrudan da metroda aparılan təmir işləri bu qədər təsir edirsə-edəcəkdirsə, bu öncədən bilinirdi, bilinirdisə, o zaman təmir işlərini niyə avqustun sonunda başladılar ki?! Bunu kim-necə planlayır?! Əgər bu işlərin görünməsi vacib idisə, təmir işlərinə mayın sonunda, məktəb və Universiterlərin qapanışa getdiyi dövrdə başlamaq olmazdımı ki, heç olmasa təmirin 3-3,5 ayı yay mövsümünə düşsün?! İntensivliyin azaldığı dövrə düşsəydi, həm də yeni yaradılan avtobus marşrutları test edib, lazımı dəyişikliklər etmək olardı axı, elə deyil?! Dominos pizza
Mayın sonunda təmir işlərinə başlayıb, qış tətilinə qədər təmiri bitirmək olardı ki, təhsil ilinin yalnız yarısı bu təmir dövrünə düşə bilərdi. İndi gözlədilər, avqustun sonuna yaxın başladılar, 8-9 ay davam edəcək, deməli, bütün təhsil ili təmir işləri dövrünə düşəcək və “ağıllı” qərar verənlər gələn yay, təhsil ili bitəndə təmir işlərinə də bitirib yolu açacaqlar. Nə isə...”
Nazim Hacıyev
Telegram kanalımız