“Belə qələtləri etmək olmaz” - Ekspertlər efirdə dalaşdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Belə qələtləri etmək olmaz” - Ekspertlər efirdə dalaşdı - Video

Sosial

20 Yanvar 2023 13:04 857


“TikTok”da polisləri təhqir edən gəncin naməlum şəxslər tərəfindən saçının qırxılıb videoya çəkilməsi sosial şəbəkədə etirazlara səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” verilişində mövzu ilə bağlı kulturoloq Aydınxan Əbilov şokedici açıqlama edib. 

O, bu əməli törədənlərə haqq qazandırıb. Onun bu sözləri studiyada gərginlik yaradıb. Kulturoloq fikirlərinə görə vəkil Şəfiqə Nağıyeva ilə söz davasına çıxıb:  Marqarita pizza

“Həmin yeniyetmənin polisə söydüyü söyüşləri gördüm. Mən mədəniyyət xadimi olaraq ona qarşı edilən hərəkətə haqq verirəm, kim onu edibsə, alqışlayıram, əla! Qoy başqaları da görsün ki, belə qələtləri etmək olmaz. Dərs olsun. O uşağı tərbiyə edən ailəyə ayıb olsun! Mən ona bunu edəni dəstəkləyirəm”. 

Şəfiqə Nağıyeva isə ekspert həmkarının fikirlərinə etiraz edərək, onun sözünü kəsməyə çalışıb. 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!