Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.
Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb. pizza hut
Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub.
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız