Bəzi kitabxana işçilərinin ixtisasartırmaya cəlb olunması mümkündür - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

Bəzi kitabxana işçilərinin ixtisasartırmaya cəlb olunması mümkündür - Nazir müavini

Mədəniyyət

28 İyul 2026 12:38 103


"Attestasiya prosesində məqsəd həmkarlarımızın peşə hazırlığının yoxlanılmasıdır".

"Yeni Sabah" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırlığın qiymətləndirilməsi zamanı yalnız biliklərin yoxlanılması deyil, eyni zamanda hər hansı əlavə ixtisasartırmaya və ya əlavə təlimlərə ehtiyacın olub-olmaması da öyrənilir: Dördpendirli pizza

“Buna görə də müəyyən hallarda bəzi kateqoriyadan olan attestasiya iştirakçılarının təlimə göndərilməsi və yaxud əlavə ixtisasartırmaya cəlb olunması mümkündür. Bütün bunlar, təbii ki, yekun statistikalar müəyyən edildikdən, Attestasiya Komissiyasının yekun rəyi və nəticələri elan olunduqdan sonra müəyyənləşdiriləcək”.

O qeyd edib ki, kitabxanalarda İT sahələri və İT üzrə mütəxəssislərin qiymətləndirilməsi prosesində 1100 nəfərdən çox şəxs iştirak edib.

“İlkin nəticələr emal olunmaqdadır. Yaxın günlərdə statistika ictimaiyyətə təqdim olunacaq”.

Nazir müavini vurğulayıb ki, kitabxanalarda çalışan bir qrup əməkdaşın attestasiya prosesi yekunlaşıb: “Bu proses onların peşə biliklərinin yoxlanılması, eyni zamanda çalışdığı vəzifəyə uyğunıuğunun qiymətləndirilməsi xarakterini daşıyıb. Bu prosesdə kənd qəsəbə şəhər və rayonlarda çalışan əməkdaşlar iştirak edib. Burada qiymətləndirmə aparılarkən xüsusilə həmin şəxslərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə malik olması nəzərə alınıb. Amma onlar kitabxana əməkdaşı olduğu üçün kitabxana sahəsi ilə bağlı, xüsusilə həm davranış, həm də fəaliyyətlərinin idarə olunması məsələləri qiymətləndirilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!