Bəzi rayonlara qar yağıb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Sosial

15 May 2023 19:58 734


Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mayın 15-i saat 18:00-a olan məlumatına əsasən, Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Qrız, Şahdağda, Daşkəsən rayonunun dağlıq ərazilərində isə qar yağıb. Pepperoni pizza

Qeyd olunub ki, şimal-qərb küləyi 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!