Bəzi rayonlarda yağış yağıb, dolu düşüb   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi rayonlarda yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Sosial

05 İyun 2023 19:24 693


Bəzi rayonlarda yağış yağıb, dolu düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb. pizza

Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə saat 16:40-16:45 radələrində 8-9 mm, Gədəbəy rayonunun Samanlıq kəndinə isə saat 17:10 radələrində dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!