Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən   BÖYÜK XƏRC

saytların hazırlanması

Evə çatdırılma

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

Sosial

29 Avqust 2026 18:10 233


Toy mövsümü başlayıb. Lakin toyların yaratdığı xərclər yalnız məclisi təşkil edən ailənin büdcəsi ilə məhdudlaşmır. Dəvət olunan qonaqlar üçün də bir toya getmək geyim, saç və makiyaj, zərf, nəqliyyat və digər xərclərlə birlikdə kifayət qədər ciddi maliyyə yükünə çevrilir.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydərov toy mərasimlərinin son illərdə ciddi iqtisadi yük yaratdığını bildirib.

Ekspertin sözlərinə görə, toy mərasimləri ənənəvi xarakter daşımaqla yanaşı, müxtəlif sahələrdə iqtisadi aktivlik yaradan mühüm hadisələrdən biridir. O qeyd edib ki, pandemiya dövründə toyların keçirilməsinə qoyulan məhdudiyyətlər bir sıra sahələrdə iqtisadi aktivliyin kəskin azalmasına səbəb olmuşdu. Dominos pizza

P.Heydərov bildirib ki, son 10-15 ildə toy mərasimləri eyni zamanda böyük biznes alətinə çevrilib:

“Qiymətlər bir tərəfdən xidmət, ticarət və ərzaq məhsulları üzrə obyektiv səbəblərdən, digər tərəfdən isə vəziyyətdən sui-istifadə nəticəsində yüksəlib. Artıq toyların təşkili də, toya dəvət olunan vətəndaşların iştirakı da ciddi iqtisadi-maliyyə çətinlikləri yaradır”.

İqtisadçı bir nəfərin toya getməsi üçün çəkilən xərcin hazırda orta hesabla 200-250 manatdan aşağı olmadığını deyib:

“Bir ailədən iki nəfər iştirak etdikdə bu rəqəm minimum 400-450 manata çatır. Bir ay ərzində 2-3 toy olarsa, ümumiyyətlə, ailənin beli qırılır. Çünki restoranlar bahadır, ərzaq qiymətləri yüksəkdir, xidmət sektoru daha çox gəlir götürməyə çalışır. Muzdla çalışan şəxslərə isə toy üçün əlavə maaş və digər ödənişlər verilmir”.

Ekspert hesab edir ki, toylarla bağlı müəyyən mədəniyyət və ədəb-ərkan qaydalarının formalaşmasına ehtiyac var. Onun fikrincə, bu sahədə dövlət nəzarətinin olması da zəruridir.

P.Heydərov vurğulayıb ki, toy mərasimlərinin iqtisadi əhəmiyyəti olsa da, bu proses yalnız maliyyə dövriyyəsi prizmasından qiymətləndirilməməlidir:

“Dövlət keçirilən toy məclisləri ətrafında dövr edən nağd və nağdsız vəsaitlərdən yalnız maraq güdməklə kifayətlənərsə, bugünkü toylar getdikcə qonağa həsrət qalacaq. Toy bazarlıq etmək deməkdir, bazarın özü demək deyil”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!