"Bavariya"nın baş məşqçisi Vinsent Kompani klubun bazasında ikinci komandanın məşq prosesini izləyərkən gözlənilmədən huşunu itirib.
“Yeni Sabah” xəbər verir ki, 40 yaşlı belçikalı mütəxəssis dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Son bir həftə ərzində kəskin virus infeksiyasından əziyyət çəkən çalışdırıcının orqanizminin həddindən artıq gərginliyə tab gətirmədiyi bildirilir. Hətta UEFA Çempionlar Liqasında "Arsenal"la matçdan əvvəl keçirilən mətbuat konfransını da səhhətinə görə buraxmalı olan Kompani həkim nəzarətində ətraflı müayinələrdən keçirilir. Toyuqlu pizza
"Bavariya" rəhbərliyi baş məşqçinin vəziyyətinin stabil olduğunu və tam sağalana qədər komandanın idarəçiliyinin köməkçi məşqçilər korpusuna həvalə olunduğunu təsdiqləyib. Kompaninin Premyer Liqadakı sabiq klubu "Mançester Siti" də daxil olmaqla, futbol ictimaiyyəti təcrübəli mütəxəssisə tezliklə sağalmaq arzularını ünvanlayıb.
Nazim Hacıyev
Telegram kanalımız