“Bir dəfədən nə olacaq?” deyirik, amma xərçəngə aparır –   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Bir dəfədən nə olacaq?” deyirik, amma xərçəngə aparır – XƏBƏRDARLIQ

Sağlamlıq

30 Sentyabr 2026 12:35 138


Bir dəfədən nə olacaq?, hamı belə yeyir, mənə heç nə olmaz… Gündəlik həyatda bu sözləri tez-tez deyirik. Fast-food, çox duzlu yeməklər, siqaret, alkoqol və digər zərərli vərdişləri adi hala çevirsək də, bunun sağlamlığımıza uzunmüddətli təsirini çox vaxt düşünmürük.

Azərbaycanda isə mədə xərçəngi ilə bağlı rəqəmlər bu məsələyə daha ciddi yanaşmağın vacibliyini göstərir.

 Bəs ölkəmizdə bu xəstəlik niyə yüksəkdir, gənclər arasında vəziyyət necədir? pizza

Mövzu ilə bağlı “Yeni Sabah”a dosent, tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov danışıb.Onkoloq bildirib ki, Azərbaycanda və dünyada xərçəng xəstələrinin sayı ildən-ilə artır:

“Ümumiyyətlə, onkoloji xəstəliklərin sayı həm Azərbaycanda, həm də dünyada ildən-ilə artır. Bunun bir sıra səbəbləri var. Əsas amillərdən biri qidalanmadır. İstər mədə xərçəngi, istərsə də digər onkoloji xəstəliklərin yaranmasında qidalanma mühüm rol oynayır. Aparılan statistik araşdırmalar göstərir ki, xərçəng xəstəliklərinin yaranmasında qidalanma faktorunun payı yüksəkdir. Mədə xərçənginə gəlincə, Azərbaycanın bu xəstəliyin yayılmasına görə dünyada ilk sıralarda olduğu barədə məlumatlar var. Hətta bəzi statistik məlumatlarda Azərbaycanın mədə xərçənginə görə beşinci sırada olduğu qeyd edilir”.

Onun sözlərinə görə, xərçəng hallarının artmasında qidalanmanın  böyük rolu var:

“Mədə xərçənginin yaranmasında əsas risk faktorlarından biri “Helicobacter pylori” bakteriyasıdır. Bununla yanaşı, genetik faktorlar da rol oynayır. Alkoqoldan və tütün məmulatlarından istifadə də risk yaradan amillərdəndir. Bunlar mədə, qida borusu və ağız boşluğu xərçənginin yaranma riskini artırır. Son zamanlar Azərbaycanda fast-food məhsullarından istifadə də geniş yayılıb. Dönər, hamburger, qazlı içkilər, yüksək dərəcədə emal olunmuş ət və ət məhsullarının həddindən artıq istifadəsi xüsusilə gənclər arasında müşahidə olunur. Bu səbəbdən qidalanmaya diqqət yetirmək və belə məhsulların qəbulunu məhdudlaşdırmaq vacibdir”.

Həkim artıq çəkinin də xərçəng riskini artırdığını deyib:

“Digər mühüm məsələ fiziki aktivliyin az olmasıdır. İnsan nə qədər fiziki aktiv olarsa, bu, maddələr mübadiləsinə bir o qədər müsbət təsir göstərir. Hərəkətsiz həyat tərzi isə bir sıra xəstəliklər üçün risk yaradır.

Artıq çəki də onkoloji xəstəliklərin yaranması ilə əlaqəli risk faktorlarından biridir. Artıq çəki mədə və qida borusu xərçəngi ilə yanaşı, digər xərçəng növləri üçün də risk yaradır.

Bundan başqa, stress də mühüm amillərdən biridir. Azərbaycanda insanların müəyyən hissəsinin davamlı stress yaşadığı müşahidə olunur. Uzunmüddətli stress orqanizmə mənfi təsir göstərən amillərdən biridir. Ona görə də insanların sağlam qidalanmaya, fiziki aktivliyə və ümumi həyat tərzinə diqqət etməsi vacibdir. Xərçəngin yaranmasının bütün hallarda qarşısını almaq mümkün olmasa da, risk faktorlarının azaldılması xəstəliyin qarşısının alınmasında mühüm rol oynaya bilər. Xüsusilə qidalanmaya diqqət yetirmək onkoloji xəstəliklərin riskini azaltmaq baxımından əhəmiyyətlidir”.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!