Türkiyənin məşhur aktyoru Sarp Apak maraqlı açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, bir il ərzində fərqinə varmadan üzünə daban kremi sürtüb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor evdə olan kremi qrimin dəriyə təsirini azaltmaq üçün istifadə edib və onun faydalı olduğunu düşünüb.
Lakin həqiqət bir il sonra həyat yoldaşı Bengi Apak tərəfindən ortaya çıxarılıb. Həyat yoldaşı deyib ki, bir ildən bəri istifadə etdiyi, əslində, daban kremi imiş.
“44 yaşındayam, bəlkə də bir ixtiraya imza atmışam. Dərimdə heç bir çat yoxdur. İmkansızlığın bir yaradıcı tərəfi var; ucuz kremlərə də şans verin”,- bu vəziyyəti yumorla qarşılayan aktyor bildirib.
Telegram kanalımız