Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Siyasət

18 Oktyabr 2026 09:00 79


Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir.

"Yeni Sabah" xəbər verir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub.

Ötən dövrdə Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirib. pizza hut

XX əsrin sonlarında dünyada baş verən geosiyasi dəyişikliklər, Sovet İttifaqının süqutu və milli azadlıq hərəkatlarının genişlənməsi Azərbaycanın yenidən müstəqillik qazanması üçün tarixi şərait yaradıb. 1991-ci il oktyabrın 8-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb.

Bir neçə gün davam edən müzakirələrdən sonra, oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bununla da Azərbaycan Respublikası özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək müstəqil dövlətçilik ənənələrini yeni tarixi şəraitdə davam etdirmək yoluna qədəm qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!