XİN Müstəqilliyin Bərpası Gününə dair: Dövlətçiliyə sadiqliyin təcəssümüdür

saytların hazırlanması

Evə çatdırılma

XİN Müstəqilliyin Bərpası Gününə dair: Dövlətçiliyə sadiqliyin təcəssümüdür

Siyasət

18 Oktyabr 2026 10:06 84


18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.

"Yeni Sabah" xəbər verir ki, bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

"Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq. Sezar pizza

Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!" - paylaşımda qeyd olunub.

XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.

"Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - C. Bayramov yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!