Yeni iddia: “İbrahim Rəisi sui-qəsd qurbanıdır” –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yeni iddia: “İbrahim Rəisi sui-qəsd qurbanıdır” – VİDEO

Dünya

18 Oktyabr 2026 09:39 80


"Şəxsi inancım budur ki, İbrahim Rəisi terror qurbanıdır".

"Yeni Sabah" Eghtesad120-ə istinadla xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd bildirib.

Onun sözlərinə görə, helikopter qəzasınından sonra axtarışlara 90 komanda cəlb olunub: Dördpendirli pizza

"Hər bir yer qarış-qarış axtarılıb. Lakin verilən koordinatların hamısı səhv idi. Türkiyə dronunun qəza yerini tapdığına dair iddialar da qələtdir. Lakin maraqləı budur ki, hadisə yerinə çatanda həm anten, həm də mobil telefonlar işlək vəziyyətdə idi".

P.Kulivənd qəza barədə rəsmi məlumatlara baxmayaraq, fərqli rəydədir: "İnanıram ki, İbrahim Rəisiyə sui-qəsd edilib!"

Xatırladaq ki, 2024-cü il mayın 19-da İranın Şərqi Azərbaycan əyalətindəki Vərzəqan bölgəsində, Azərbaycan Respublikası ilə həmsərhəd su bəndinin açılış mərasimindən qayıdarkən Prezident İbtrahim Rəsinin helikopteri qəzaya uğrayıb. Rəisi ilə bərabər, ovaxtkı xarici işlər naziri Əmirhüseyn Abdullahian, Təbriz imam-cüməsi Məhəmmədəli Ali-Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti və onunla birlikdə olan dörd nəfər və heyət üzvü həlak olublar.

Silahlı Qüvvələrin Baş Qərargahının yekun hesabatında qəzanın səbəbinin mürəkkəb hava şəraiti və vertolyotun qalın duman içində dağa çırpılması olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!