Bir malı digərinə dəyişdilər, amma... – Pulsuz verilən malın da hesabı var

saytların hazırlanması

Evə çatdırılma

Bir malı digərinə dəyişdilər, amma... – Pulsuz verilən malın da hesabı var

İqtisadiyyat

12 Sentyabr 2026 12:41 107


İşçilərə və digər şəxslərə əvəzsiz verilən mallar, göstərilən xidmətlər və barter əməliyyatları ƏDV-yə cəlb olunur.

“Yeni Sabah” xəbər verir ki, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, həmçinin barter əməliyyatları ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat hesab olunur.

Məsələn, ƏDV ödəyicisi olan şirkət bazar qiyməti 500 manat (ƏDV-siz) olan malı işçisinə təqdim edərsə, həmin əməliyyat üzrə 90 manat ƏDV hesablanmalıdır. pizza mizza

Əvəzsiz təqdim edilən mallara da eyni qayda tətbiq olunur. Belə ki, şirkətin 5 işçisinə ümumi bazar qiyməti 2 000 manat olan malı ödənişsiz verməsi zamanı 360 manat ƏDV hesablanır.

Bu səbəbdən şirkətlər işçilərə verilən hədiyyə, bonus və digər əvəzsiz təqdimatları rəsmiləşdirərkən onların ƏDV baxımından yaratdığı öhdəliyi də nəzərə almalıdırlar.

Barter əməliyyatlarında da ƏDV hesablanır.

Barter malların, işlərin və ya xidmətlərin pul ödənişi əvəzinə digər mal, iş və ya xidmətlərlə dəyişdirilməsidir. Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter əməliyyatları vergitutma məqsədləri üçün bazar qiyməti nəzərə alınan əməliyyatlardandır.

Məsələn, “X” MMC “Y” MMC-yə 20 000 manat dəyərində mal təqdim edir, qarşılığında isə eyni məbləğdə təmir xidməti alırsa, hər iki tərəf öz təqdim etdiyi əməliyyat üzrə ƏDV hesablamalıdır.

Bu halda “X” MMC 3 600 manat, “Y” MMC isə təqdim etdiyi xidmətə görə 3 600 manat ƏDV hesablayır.

Barter zamanı pul formasında ödəniş həyata keçirilmədiyindən ƏDV-nin əvəzləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərə, o cümlədən ƏDV hissəsinin qarşılıqlı ödənilməsinə riayət edilməlidir.

Barter əməliyyatlarının sənədləşdirilməsi də vacibdir. Belə əməliyyatlarda hər bir tərəf təqdim etdiyi mal, iş və ya xidməti müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirməlidir. Yəni barterin həyata keçirilməsi elektron qaimə-fakturanın təqdim edilməsi öhdəliyini aradan qaldırmır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!