Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
"Yeni Sabah" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn ilə qarşılaşıb.
Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. İnternetdən sifariş
26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə başa vurub. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək./Report
Telegram kanalımız